Ən böyük mineral ehtiyatlarına malik ölkələr | Banco.az

Ən böyük mineral ehtiyatlarına malik ölkələr

Müəllif: Gülnar Əhmədli, Banco.az

Müasir iqtisadiyyatın əsasını təşkil edən bir çox strateji mineralın ən böyük ehtiyatları məhdud sayda ölkələrin nəzarətindədir.

Banco.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin 2026-cı il məlumatlarına əsasən, dəmir filizi, mis, litium, kobalt və nadir torpaq elementləri kimi vacib resurslarda bəzi ölkələr qlobal ehtiyatların böyük hissəsinə sahibdir.

Bu vəziyyət həm təchizat zəncirlərinə, həm də geosiyasi münasibətlərə ciddi təsir göstərir. Mineral ehtiyatlarının müxtəlifliyi baxımından Avstraliya ön plana çıxır. Ölkə qızıl, uran, dəmir filizi, sink və manqan ehtiyatlarına görə dünyada birinci yerdədir. Xüsusilə, qlobal dəmir filizi ehtiyatlarının 31%-i və uran ehtiyatlarının 28%-i Avstraliyanın payına düşür.

Çin isə strateji əhəmiyyət daşıyan nadir torpaq elementləri və qrafit ehtiyatlarında liderdir. Bu minerallar elektromobillərdən və külək turbinlərindən tutmuş yarımkeçiricilər və müdafiə sənayesinə qədər bir çox sahə üçün kritik əhəmiyyət daşıyır.

Araşdırma göstərir ki, bəzi mineralların ehtiyatları yüksək dərəcədə cəmləşib. Məsələn, Cənubi Afrika platin qrupu metallarının 83%-nə, Mərakeş fosfat ehtiyatlarının 69%-nə, Konqo Demokratik Respublikası isə qlobal kobalt ehtiyatlarının 50%-nə nəzarət edir. Bu isə dünya bazarını az sayda istehsalçıdan daha çox asılı vəziyyətə salır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram