Berlin və Bakı enerji sahəsində əməkdaşlığı müzakirə edəcək | Banco.az

Berlin və Bakı enerji sahəsində əməkdaşlığı müzakirə edəcək

Almaniya və Azərbaycan bu ilin dekabrında enerji sektorunda əməkdaşlıq perspektivlərini müzakirə etməyi planlaşdırır.

Bunu Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) maraqlı tərəflərlə əlaqələr və tərəfdaşlıq şöbəsinin rəhbəri Yuliya Eqel "Azərbaycanda infrastrukturun inkişafı, elektromobillik və bərpa olunan enerjinin saxlanılması həlləri" mövzusunda keçirilən vebinarda deyib.

O qeyd edib ki, Almaniya dekabrda enerji sektorunu təmsil edəcək biznes nümayəndə heyətinin Bakıya səfərinin təşkilini planlaşdırır:

"Proqram çərçivəsində Azərbaycanın Energetika Nazirliyinin nümayəndə heyəti ilə görüşün keçirilməsi və birgə fəaliyyət imkanlarının müzakirə edilməsi nəzərdə tutulub".
report