Bu ilin yanvar-iyun aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlar (NKA) vasitəsilə qeydə alınan dövriyyə 14 milyard 779,5 milyon manat olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur.
Bu il iyulun 1-nə qədər ölkədə 114 501 ədəd NKA quraşdırılıb.
"Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - məlumatda qeyd olunub.
