Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 3 milyard manatdan çox vəsait daxil olub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 % az, proqnozdan isə 2,7 % çoxdur.
2 ayda vergi daxilolmalarının 2 milyard 286,5 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 8,2 % çox, proqnozdan isə 3,1 % çoxdur.
Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 16,91 milyard manat vəsait köçürməlidir.
