ABŞ-da pul nişanları ilə bağlı diqqətçəkən dəyişiklik gündəmdədir.
Banco.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında yer alan məlumata görə, hazırkı prezident Donald Trampın imzası ilk dəfə yeni ABŞ kağız dollarlarının üzərində yer alacaq.
Bildirilir ki, bu, ABŞ tarixində bir ilk olacaq — yəni fəaliyyətdə olan prezidentin imzası ölkənin milli valyutasında əks olunacaq. Maliyyə naziri Skott Bessent bu addımı ölkənin və prezidentin tarixi nailiyyətlərini tanımağın ən güclü yolu kimi qiymətləndirib.
Xatırladaq ki, əvvəllər ABŞ qanunvericiliyi əskinaslarda yaşayan şəxslərin təsvirinin yerləşdirilməsini qadağan edirdi.Lakin, ilk prezidentlik müddətinin sonunda Tramp 2020-ci il Kolleksiya Sikkələrinin Yenidən Dizaynı Qanununu imzaladı və bəzi xatirə buraxılışlarında düzəlişlər etdi.
Eyni zamanda, 2026-cı ilin mart ayının əvvəlində Təsviri İncəsənət Komissiyası üzərində hazırkı prezidentin təsviri olan bir dollarlıq qızıl sikkəni təsdiqləyib. Həmin sikkənin buraxılışı ABŞ Müstəqillik Günü – iyulun 4-də qeyd olunacaq ABŞ-ın 250 illik yubileyi ilə eyni vaxta təsadüf edəcək.
