Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 716 ədəd minik avtomobili, 134 ədəd yük avtomobili istehsal edilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 53.3% (249 ədəd), yük avtomobili istehsalı isə 11.2 dəfə artıb.
Qeyd edək ki, cari ilin mart ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 215 ədəd minik, 19 ədəd isə yük avtomobili təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
