Bu ilin yanvar-fevral aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 439 milyon 81.16 min ABŞ dollarına bərabər olub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən iki ayda yeyinti məhsulları üzrə idxalın dəyəri əvvəlki illə müqayisədə 5,7% çoxdur.
Ötən iki ayda qida məhsullarının ümumi ölkə idxalında çəkisi 16,89% təşkil edib.
Hesabat dövründə ölkəyə 17 milyon 892 ABŞ dolları dəyərində 7 471 ton ət idxal edilib ki, bu da əvvəlki illə müqayisədə dəyər baxımından 13,7%, həcm baxımından isə 0,12% artıb.
Yanvar-fevral aylarında ölkəyə 7 milyon 509 ABŞ dolları dəyərində (60% çox) 4 472 ton (36% çox) süd idxal olunub.
