Müəllif: Tamara Mustafayeva, Banco.az
“Anthropic” kimyəvi silah üzrə mütəxəssis işə götürəcək.
Banco.az xəbər verir ki, “BBC”nin xəbərinə görə, mərkəzi ABŞ-da yerləşən “Anthropic” şirkəti karyera platforması “LinkedIn” vasitəsilə yayımladığı iş elanında kimyəvi silahlar sahəsində mütəxəssis axtardığını açıqlayıb.
Şirkət elanda bildirib ki, proqram təminatının “fəlakət miqyaslı” istifadəsinin qarşısını almaq məqsədilə namizədlərdən “kimyəvi silahlar və/və ya partlayıcı maddələrə qarşı müdafiə” sahəsində ən azı beş illik təcrübəyə malik olmaları tələb olunur.
“Anthropic” həmçinin namizədlərin “çirkli bomba” kimi tanınan radioloji yayım qurğusu barədə məlumatlı olmasını şərt kimi irəli sürüb.
Bənzər şəkildə, süni intellekt əsaslı söhbət proqramı ChatGPT-nin yaradıcısı olan “OpenAI” da öz karyera saytında yayımladığı iş elanında “bioloji və kimyəvi risklər” sahəsində ixtisaslaşmış tədqiqatçı axtardığını qeyd etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
