Azərbaycana idxal edilən avtomobillər bahalaşacaq? – Açıqlama | Banco.az

Azərbaycana idxal edilən avtomobillər bahalaşacaq? – Açıqlama

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yaxın Şərqdə gərginləşən siyasi və hərbi vəziyyətin avtomobil bazarına təsirləri müzakirə mövzusudur. Bu vəziyyət Azərbaycanda qiymətlərə təsir edəcəkmi?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Banco.az-a açıqlamasında bildirib ki, Azərbaycana dünyanın müxtəlif ölkələrindən müxtəlif marşrutlarla avtomobillər gətirilir:

"Ona görə də İranda olan problem Azərbaycan avtomobil bazarına kəskin təsir etməyəcək.

Çünki İran istiqamətindən gətirilən nəqliyyat vasitələri, eyni modellər başqa ölkələrdən də gətirilir. Sadəcə, ola bilər ki, daşınma xidmətlərinin bir qədər yüksəlməsi kimi problemlər yaşana bilər".

Ekspertin sözlərinə görə, bu o demək deyil ki, o istiqamətdən gətirilən avtomobilin qiyməti qalxacaq və bazarda həmin model maşınların qiyməti yüksələcək: "Yəni, bazar qiyməti özü tənzimləyir. Buna görə də kəskin qiymət artımı olmayacaq".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram