Azərbaycan və Türkiyə arasında əlavə yeni mallara gömrük güzəştləri tətbiq ediləcək | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycan və Türkiyə arasında əlavə yeni mallara gömrük güzəştləri tətbiq ediləcək

Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinə dəyişikliklə bağlı protokolla 2 ölkə arasında əlavə yeni 15 növ sənaye və digər mallara gömrük güzəştləri tətbiq ediləcək.

Bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, Preferensial Ticarət Sazişinə dəyişikliklə bağlı protokol bu ilin aprelində Türkiyənin Samsun şəhərində imzalanıb: “Bu sazişlə əsas hədəfimiz iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard dollara çatdırmaq və qeyri-neft ixracını da artımaqdır. Bu saziş nəticəsində böyük təcrübə qazanaraq gələcəkdə qeyri-neft sektoru mallarının ixrac arialını genişləndirməyə imkan verəcək”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram