Azərbaycan neftinin bu günə olan qiyməti | Banco.az

Azərbaycan neftinin bu günə olan qiyməti

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.

Banco.az  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,07 ABŞ dollar və ya 0,1% azalaraq 71,14 ABŞ dollarına bərabər olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 71,21 ABŞ dolları təşkil edib.