Azərbaycan Mərkəzi Bankının mənfəəti cüzi artıb | Banco.az

Azərbaycan Mərkəzi Bankının mənfəəti cüzi artıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ili 724,321 milyon manat mənfəətlə başa vurub.

Qurumun maliyyə hesabatında qeyd edilib ki, bu, 2024-cü illə müqayisədə 0,4 % çoxdur.

Ötən il AMB-nin faiz gəlirləri 723,772 milyon manat (əvvəlki ilə nisbətən 0,9 % çox), faiz xərcləri 230,517 milyon manat (5,35 % çox), haqq və komissiya gəlirləri 27,855 milyon manat (3 % çox), haqq və komissiya xərcləri 9,372 milyon manat (2 % az), amortizasiya olunan dəyərlə qiymətləndirilən maliyyə aktivlərinin ədalətli (diskontlaşdırılmış) dəyərdə ilkin tanınması üzrə gəlirləri 692 min manat (3 dəfə az), ədalətli dəyərinin dəyişməsi mənfəət və ya zərərə aid olunan qiymətli kağızların yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 262,713 milyon manat (2,3 dəfə çox), ədalətli dəyərinin dəyişməsi sair məcmu gəlirə aid olunan qiymətli kağızların realizasiyası üzrə xalis gəliri 20,537 milyon manat (6,8 dəfə az), törəmə maliyyə alətlərinin yenidən qiymətləndirilməsi üzrə xalis zərəri 31,603 milyon manat (əvvəlki il gəlir olub), ədalətli dəyərinin dəyişməsi mənfəət və ya zərərə aid olunan investisiya fondlarındakı vəsaitlərin yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 12,86 milyon manat (12,5 % az), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 63,417 milyon (əvvəlki il zərər olub), ədalətli dəyərinin dəyişməsi sair məcmu gəlirə aid olunan qiymətli kağızların dəyərsizləşməsi üzrə ehtiyat üzrə zərəri 554 min manat (3,1 dəfə çox), xarici valyuta əməliyyatları üzrə xalis gəliri 1,521 milyon manat (24,9 % çox), sair əməliyyat gəlirləri 14,304 milyon manat (96,3 % çox), amortizasiya olunan dəyərlə qiymətləndirilən maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyatın bərpasından gəliri 12,826 milyon manat (3,5 dəfə az), inzibati və sair əməliyyat xərclər isə 144,13 milyon manat (29,6 % çox) təşkil edib.