Avrozonada korporativ kreditlər ötən ay sürət qazanıb | Banco.az

Avrozonada korporativ kreditlər ötən ay sürət qazanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada şirkətlərə verilən kreditlər avqust ayında ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artıb.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) avqust ayı üzrə korporativ və istehlak kreditlərinin aylıq artım dərəcələrini açıqlayıb.

Məlumatlar göstərir ki, Avrozonada qeyri-maliyyə kreditləri ECB-nin faiz dərəcələrini azaltmağa davam edəcəyi gözləntiləri ilə dəstəklənib.

Belə ki, avqustda qeyri-maliyyə kreditləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz artıb. Bu kreditlər iyulda 0,6 faiz artım göstərmişdi.

Ev təsərrüfatlarına verilən kreditlər 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artdığı halda, ən geniş şəkildə müəyyən edilən pul kütləsi M3 2,9 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, analitiklər iyulda 2,3 faiz artımdan sonra pul kütləsinin 2,6 faiz artacağını gözləyirdilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et