Avropa İttifaqı və İsveçrə maliyyə bazarının tənzimlənməsi ilə bağlı dialoqu yenidən başladıb | Banco.az

Avropa İttifaqı və İsveçrə maliyyə bazarının tənzimlənməsi ilə bağlı dialoqu yenidən başladıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) və İsveçrə 2017-ci ildə dayandırılmış maliyyə bazarının tənzimlənməsi ilə bağlı dialoqu yenidən başladıblar.

Banco.az xəbər verir ki, İsveçrənin beynəlxalq maliyyə və vergi məsələlərindən məsul dövlət katibliyi Aİ Komissiyası ilə maliyyə bazarının tənzimlənməsi üzrə dialoqun yenidən başladığını açıqlayıb.

Bu çərçivədə İsveçrə Dövlət Katibliyinin bəyanatında Aİ və İsveçrə rəsmilərinin Berndə görüşdüyü bildirilib.

Görüşdə maliyyə bazarının sabitliyi, transsərhəd fəaliyyət, kapital bazarları, rəqəmsal maliyyə, kibertəhlükəsizlik, davamlı maliyyə və sığorta sahələrində məsələlər müzakirə edilib.

Bəyanatda bildirilir ki, tərəflər maliyyə sektoru ilə bağlı məsələlər üzrə tənzimləyici dialoqun vacibliyi barədə razılığa gəliblər.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün qeyd edək ki, Aİ İsveçrənin ən böyük ticarət tərəfdaşıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et