Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır | Banco.az

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Müəllif:Mehin Qasımova,Banco.az

Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen Berlində ABŞ senatoru Lindsey Graham ilə görüşündən sonra sosial media hesabında paylaşım edib.
Banco.az
xəbər verir ki, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı xam neftin tavan qiymətinin aşağı salınmasını ehtiva edən 18-ci sanksiyalar paketinin hazırlanmasına başlayıb. 
Aİ Komissiyasının bəyanatında qeyd olunub ki, Aİ Rusiyanın enerji gəlirlərini, o cümlədən “Şimal axını” infrastrukturunu, Rusiyanın bank sektorunu və xam neftin qiymətinin aşağı salınmasını hədəfləyən 18-ci sanksiyalar paketi üçün hazırlıqlara başlayıb.

Açıqlamada Rusiyanın öz neftini nəql etmək üçün istifadə etdiyi kölgə donanmasını da hədəfə almaq üçün addımlar atıldığı və məqsədin Kremlin maliyyə qaynaqlarını azaltmaq olduğu xatırladılıb.
Qeyd edək ki, Aİ indiyədək müharibə səbəbindən Rusiyaya qarşı 17 sanksiya paketi tətbiq edib.

Bu çərçivədə Rusiya ticarət, maliyyə, enerji, o cümlədən neft və kömür , sənaye, texnologiya, nəqliyyat, ikili istifadə və dəbdəbəli mallar, həmçinin qızıl və almaz da daxil olmaqla geniş məhdudiyyətlərə məruz qalır.