Ağdamda 19 milyon manata yaşayış binaları tikiləcək | Banco.az

Ağdamda 19 milyon manata yaşayış binaları tikiləcək

“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs 19 milyon manatlıq 2 tender elan edib.

Banco.az xəbər verir ki, 1-ci tenderdə “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-136 üzrə binaların tikintisi işləri”nin satın alınması nəzərdə tutulur. Ehtimal olunan qiymət isə 9 476 492 manatdır.

2-ci tender isə “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-139 üzrə binaların tikintisi işləri”nin satın alınmasından ibarətdir. Ehtimal olunan qiymət 9 188 036 manatdır.