ABŞ Tramp və Si Cinpin görüşənə qədər Çinə qarşı yeni tariflər tətbiq etməyəcək | Banco.az

ABŞ Tramp və Si Cinpin görüşənə qədər Çinə qarşı yeni tariflər tətbiq etməyəcək

Müəllif:Mehin Qasımova,Banco.az

Vaşinqton Çin prezidenti Si Cinpinin gələn həftə ABŞ-a gözlənilən səfərindən əvvəl və səfəri zamanı Çinə qarşı yeni tariflər tətbiq etməyəcək.

Banco.az xəbər verir ki, bu barədə Bloomberg məıumat verib.

Agentliyin hazırda verdiyi məlumata görə, ABŞ hakimiyyəti tarif elanını naməlum səbəbdən təxirə salmaq qərarına gəlib. Vaşinqtonun sonda Pekinə tətbiq edəcəyi tariflərin həcmi də hələ də məlum deyil.

Vaşinqton bir neçə dəfə Çin prezidentinin 2026-cı ilin payızında cavab səfərinə ümid etdiyini açıq şəkildə bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 14-15 may tarixlərində Pekinə səfər edib. Amerika liderinin əvvəllər də bildirdiyi kimi, o, Çin liderinin 24 sentyabrda ABŞ-a gələcəyini gözləyir.