ABŞ-İran diplomatiyasına dair gözləntilər neftin qiymətini 100 dollardan aşağı salıb | Banco.az

ABŞ-İran diplomatiyasına dair gözləntilər neftin qiymətini 100 dollardan aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-İran diplomatiyasına dair gözləntilər neftin qiymətini 100 dollardan aşağı salıb.

Banco.az xəbər verir ki, Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası ərəfəsində ABŞ ilə İran arasındakı gərginliyin diplomatik yollarla azaldıla biləcəyinə dair gözləntilərin güclənməsi neft qiymətlərinin 100 dollardan aşağı düşməsinə səbəb olub.

Dünən 105 dollara qədər yüksələn “Brent” markalı neftin fyuçerslərinin bir barelinin qiyməti günü 103,87 dollardan başa vurub. “Brent” neftinin noyabr ayı üzrə fyuçerslərinin bir barelinin qiyməti isə bu gün Bakı vaxtı ilə saat 17:49-a olan məlumata görə əvvəlki bağlanış qiyməti ilə müqayisədə təxminən 4 faiz azalaraq 99,75 dollara düşüb. Həmin vaxt Qərbi Texas neftinin (WTI) noyabr ayı üzrə fyuçerslərinin bir bareli 92,14 dollardan satılıb.

Neft qiymətlərindəki enişə BMT Baş Assambleyası çərçivəsində keçiriləcək diplomatik təmasların Yaxın Şərqdəki geosiyasi gərginliyin azalmasına töhfə verə biləcəyi və ABŞ ilə İran arasında danışıqların yenidən başlamasına şərait yarada biləcəyi ilə bağlı gözləntilər təsir göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram