Müəllif: Gülnar Əhmədli, Banco.az
Dünyanın ən böyük şəhərlərinin iqtisadiyyatı bütöv ölkələrin iqtisadiyyatı ilə rəqabət aparacaq səviyyəyə çatır. Oxford Economics-in “Global Cities Index 2026” hesabatının proqnozlarına əsasən, 2050-ci ilə qədər Asiyanın bir sıra meqapolislərinin qlobal reytinqdə mövqeyi yüksələcək.
Banco.az xəbər verir ki, 2025-ci ildə dünyanın ən böyük şəhər iqtisadiyyatları arasında Nyu-York 2,6 trilyon dollar ÜDM ilə birinci olub. Tokio 1,5 trilyon dollarla ikinci, Los-Anceles isə 1,42 trilyon dollarla üçüncü yerdə qərarlaşıb.
2025-ci ildə ən böyük 10 şəhər iqtisadiyyatı:
- Nyu-York, ABŞ - 2,6 trilyon dollar
- Tokio, Yaponiya - 1,5 trilyon dollar
- Los-Anceles, ABŞ - 1,42 trilyon dollar
- London, Böyük Britaniya - 1,16 trilyon dollar
- Paris, Fransa - 1,03 trilyon dollar
- Seul, Cənubi Koreya - 970 milyard dollar
- Çikaqo, ABŞ - 970 milyard dollar
- Dallas, ABŞ - 840 milyard dollar
- San Fransisko, ABŞ - 840 milyard dollar
- Hyuston, ABŞ - 800 milyard dollar
2050-ci ilə dair proqnozlarda isə mənzərənin əhəmiyyətli dərəcədə dəyişəcəyi gözlənilir. İlk 10-luqda ABŞ şəhərləri üstünlük təşkil etsə də, Çin şəhərlərinin mövqeləri xeyli güclənəcək.
2050-ci ildə ən böyük 10 şəhər iqtisadiyyatı:
- Nyu-York, ABŞ - 6,39 trilyon dollar
- Los-Anceles, ABŞ - 3,62 trilyon dollar
- Şanxay, Çin - 3,26 trilyon dollar
- Tokio, Yaponiya - 3,25 trilyon dollar
- London, Böyük Britaniya - 3,17 trilyon dollar
- Pekin, Çin - 2,63 trilyon dollar
- San Fransisko, ABŞ - 2,49 trilyon dollar
- Dallas, ABŞ - 2,44 trilyon dollar
- Şençjen, Çin - 2,43 trilyon dollar
- Çikaqo, ABŞ - 2,42 trilyon dollar
Proqnozlara görə, Şanxayın iqtisadiyyatı 2025-ci ildəki təxminən 780 milyard dollardan 2050-ci ildə 3,26 trilyon dollara yüksələ bilər. Bununla yanaşı, Pekin və Şençjen də 2050-ci ildə qlobal ilk 10-luğa daxil olacaq.
Nyu-Yorkun iqtisadiyyatının isə 2050-ci ilə qədər 6,39 trilyon dollara çatacağı proqnozlaşdırılır. Bu göstərici ikinci yerdəki Los-Ancelesin gözlənilən ÜDM-dən təxminən 2,8 trilyon dollar çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!
