Müəllif:Mehin Qasımova,Banco.az
İrana qarşı iqtisadi əməliyyatın bir hissəsi olaraq bu həftə bir banka qarşı sanksiyalar elan edilə bilər.
Banco.az xəbər verir k, bu sözləri ABŞ Maliyyə Naziri Skott Bessent bildirib.
Bessent ABŞ-ın ev sahibliyi etdiyi G20 Maliyyə Nazirlərinin görüşü çərçivəsində Şimali Karolinanın Aşvill şəhərində keçirilən tədbirdə çıxış edib.
İrana qarşı iqtisadi əməliyyata toxunan Bessent qeyd edib ki, ilkin hərbi uğur olmadan İrana qarşı əldə edilən iqtisadi nəticələr mümkün olmazdı.
Bessent İranın ağır hərbi itkilər verdiyini və çətin iqtisadi vəziyyətdə olduğunu qeyd edərək, sanksiyaların və blokadanın təsirli olduğunu qeyd edib.
"Bu həftə bir banka, gələn həftə isə digərinə qarşı sanksiyalar elan edəcəyik".
Bessent bu məsələdə müttəfiqlərindən də dəstək aldıqlarını bildirib və İranın razılığa gəlmək üçün danışıqlar masasına oturmasını təmin edəcəklərini vurğulayıb.
