ABŞ Ədliyyə Nazirliyi “Visa”nı məhkəməyə verəcək | Banco.az

ABŞ Ədliyyə Nazirliyi “Visa”nı məhkəməyə verəcək

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ Ədliyyə Nazirliyi debet kartları sənayesində rəqabətə zidd hərəkətlər etdiyi iddiası ilə “Visa”nı məhkəməyə verməyə hazırlaşır.

Banco.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.

Nəşrin məlumatına görə, Ədliyyə Nazirliyi “Visa”nın biznes təcrübələri ilə bağlı çoxillik araşdırmadan sonra məhkəməyə müraciət edəcək. 2021-ci ildə Ədliyyə Nazirliyi “Visa”dan rəqabətədavamlı razılaşmaları və inhisarçı davranışı qadağan edən antiinhisar müddəalarının potensial pozuntuları barədə məlumat tələb edib. Nəşr bildirir ki, araşdırma ABŞ-da “Visa” debet kartları biznesinə, eləcə də digər şəbəkələrdə və ödəniş üsullarında rəqabətə yönəlib.

Ədliyyə Nazirliyi şərh verməkdən imtina edib. FT qeyd edir ki, “Visa” hələ şərh sorğusuna cavab verməyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et