ABŞ-da ev təsərrüfatlarının gəliri rekord həddə çatıb | Banco.az

ABŞ-da ev təsərrüfatlarının gəliri rekord həddə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ev təsərrüfatlarının gəliri rekord həddə çatıb.

Banco.az xəbər verir ki, ABŞ-da real median ev təsərrüfatı gəliri 2025-ci ildə 87 min 460 dollara yüksələrək tarixdəki ən yüksək səviyyəyə çatıb. Bu dövrdə rəsmi yoxsulluq səviyyəsi isə 10,2 faizə geriləyib.

ABŞ Siyahıyaalma Bürosu 2025-ci ilə dair gəlir, yoxsulluq və tibbi sığorta göstəricilərini açıqlayıb.

Büronun məlumatına görə, real median ev təsərrüfatı gəliri 2025-ci ildə 87 min 460 dollar təşkil edib.

Real median ev təsərrüfatı gəliri 2024-cü ildəki 85 min 210 dollarlıq göstərici ilə müqayisədə 2,6 faiz artıb. Bununla da ev təsərrüfatlarının gəliri məlumatların toplanmağa başlandığı 1967-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram