Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da istehsal fəaliyyəti altıncı ayda da genişlənib.
Banco.az xəbər verir ki, Təchizatın İdarə Edilməsi İnstitutunun (ISM) məlumatlarına görə, istehsal sektoru indeksi iyun ayında 0,7 bənd azalaraq 53,3 səviyyəsinə enib və buna baxmayaraq son dörd ilin ən yüksək göstəricilərinə yaxın səviyyədə qalıb. Məlumatlar göstərir ki, sektor 2022-ci ildən bəri ən uzunmüddətli artım dövrünü yaşayır.
Digər tərəfdən, xammal qiymətləri iyun ayında xeyli zəif templə artıb. ABŞ ilə İran arasında əldə edilən müvəqqəti razılaşmanın neft qiymətlərini aşağı salmasından sonra, qurumun qiymət indeksi 9,1 bənd geriləyərək 73 səviyyəsinə düşüb. Bu, 2022-ci ilin iyul ayından bəri qeydə alınan ən böyük aylıq azalma olub.
Yeni sifarişlərdə artım tempi zəifləsə də, müsbət dinamika davam edib. Bununla yanaşı, ISM-nin istehsal göstəricisi son altı ayın ən aşağı səviyyəsinə enib.
Süni intellektlə bağlı xərclər də daxil olmaqla, güclü kapital yatırımları və müdafiə xərcləri son aylarda istehsal sektorunda canlanmanı dəstəkləyib. Müharibə şəraiti isə bəzi şirkətlərin məhsul ehtiyatlarını artırmasına səbəb olaraq qısamüddətli dövrdə tələbi daha da gücləndirib.
Bizi sosial şəbəkələrdən izləyin!!
