ABDF sahibkarlara 136,5 milyon manat həcmində güzəştli kredit verib | Banco.az

ABDF sahibkarlara 136,5 milyon manat həcmində güzəştli kredit verib

2026-cı ilin ilk 6 ayı ərzində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABDF) sahibkarlara 3 004 layihə üzrə maliyyə dəstəyi göstərib.

Bu barədə Fonddan məlumat verilib.

Məlumata əsasən, bu çərçivədə sahibkarlar ümumilikdə 136,5 milyon manat həcmində güzəştli kreditdən yararlanıb.

Qeyd edək ki, ABDF-in güzəştli kreditləri illik faiz dərəcəsi 5 %-dək olmaqla təqdim olunur və 5 ilədək güzəşt müddəti tətbiq olunur. Bu əlverişli şərtlər sahibkarların maliyyə yükünü azaltmaqla onların investisiya imkanlarını genişləndirir, biznes fəaliyyətinin inkişafını və regionlarda iqtisadi aktivliyin artmasını dəstəkləyir.