Unibank
Korporativ xidmətlər üzrə Mütəxəssis
Vakansiya haqqında məlumat:
Təsvir
- Korporativ müştərilərin əməliyyat sahəsi üzrə müraciətlərinə baxmaq və zəruri xidməti göstərmək;
- Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı məlumat vermək və sualları cavablandırmaq;
- Korporativ müştərilər üçün bank hesablarını açmaq,aparmaq və bağlamaq;
- Qaydalara və təlimatlara uyğun olaraq müştərilərin sərəncamlarını icra etmək;
- Bank sənədlərini AR qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək;
- Korporativ müştərilərin hesabları üzrə tələb olunan bütün əməliyyatları icra etmək;
- Bank proqramında aşağıdakı əməliyyatların aparılması: Hesablaşma-kassa əməliyyatları üzrə nəzərdə tutulmuş digər əməliyyatlar üzrə tapşırıq, ərizə, sifariş, müraciət məktubları və s.
Tələblər
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, bank işi və ya digər müvafiq ixtisas üzrə);
- Bank sahəsində iş təcrübəsi;
- Müştərilərlə iş təcrübəsi və ünsiyyət qurmaq bacarığı;
- Təqdim olunan məlumatları istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
- Xarici dil biliyi: rus və ingilis dilləri arzuolunandır.
Müraciət üçün daxil olun
