Unibank
İnformasiya texnologiyaları analitika şöbəsinin aparıcı Mütəxəssisi
Vakansiya haqqında məlumat:
Təsvir
- Bankda mövcud funksionallıqlar üzrə dəyişiklik tələb edən sifarişlərin qəbul edilməsi və təhlili;
- Yeni funksionallığın qurulmasını tələb edən sifarişlərin qəbul edilməsi;
- Yeni layihələrin icrası üzrə analitikanın təmin edilməsi;
- Cari sifarişlər üzrə texniki tapşırıqların və prosesləri əks etdirən diaqramların hazırlanması;
- Yeni funksionallıqların istifadəçi testlərinin həyata keçirilməsi;
- Tapşırıqların yekunlaşdırılaraq biznes tərəfə təqdim olunması;
- Maraqlı tərəflərlə danışıqların aparılması.
Üstünlüklərimiz:
- Peşəkar karyera və inkişaf imkanları;
- Komanda daxilində güclü bilik mübadiləsi imkanı;
- Rahat və müasir iş mühiti;
- Tibbi sığorta təminatı.
Tələblər
- Ali təhsil;
- Azərbaycan və rus dillərində sərbəst danışıq (ingilis dili biliyi arzuolunandır);
- Güclü analitik və araşdırma qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Güclü sənədləşdirmə və strukturlaşdırma bacarığı;
- Analoji sahədə minimum 3 il iş təcrübəsi.
Arzuolunan əlavə biliklər aşağıdakılardır:
- SQL sorğularını oxumaq və sadə sorğular yazmaq bacarığı;
- BPMN notasiya ilə proseslərin modelləşdirilməsi bacarığı;
- API sənədləşmələri (Swagger, Postman) ilə işləmə bacarığı.
Müraciət üçün daxil olun
