Metropark alış-veriş mərkəzi ilə Yapı Kredi Bank Azərbaycan Worldcard sadiqlik proqramı çərçivəsində yeni bir layihəyə start verir. Kampaniya çərçivəsində Metroparkda 30 manat və üzəri birdəfəlik alış-veriş edən müştərilər aldıqları malın dəyərini 2016-cı ildə ödəyəcəklər. Layihə Metroparkda yerləşən 47 mağazada keçərlidir. Mağazalar World Üzv Ticarət Obyektləridir və hər birini tanımaq üçün üzərinə Worldcard logotipini əks etdirən stiker vurulmuşdur.
YapıKredi Bank Azərbaycan bu kampaniyadan hərkəsin faydalanması üçün daha bir fürsət təqdim edir. Belə ki, Worldcard-ı olmayanlar Metropark alış-veriş mərkəzinin birinci mərtəbədən giriş hissəsində yerləşən stendinə yaxınlaşaraq 30 dəqiqə ərzində Worldcard sahibi ola bilərlər. Bunun üçün iş yerindən arayış və şəxsiyyət vəsiqəsi təqdim etmək kifayət edir. İş yerindən arayışı olmayanlar elə oradaca www.egov.az veb səhifəsinə daxil olub elektron arayışlarını əldə edə bilərlər.
Azərbaycanın qazandıran kredit kartı olan Worldcard geniş alış-veriş şəbəkəsi ilə sizlərə bu kimi fürsətləri təqdim etməkdən qürur duyur.
Ətraflı məlumat almaq üçün hər zaman yenilənən www.worldcard.com.az və https://www.facebook.com/YapiKrediWorldAZ internet səhifələrinə, eyni zamanda 24 saat fəaliyyət göstərən *0444 Yapı Kredi Bank Telefon Mərkəzinə müraciət edə bilərsiniz.