Bank of Baku, 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində xanımlara özəl 2 kampaniyaya start verir.
Bu kampaniyalardan Bankın həm aktiv, həm də xidmətlərindən yeni istifadə edəcək xanım müştəriləri, həmçinin xanımlarını təbrik etmək istəyən əks cinsin nümayəndələri də bəhrələnə biləcəklər.
03-07 mart tarixlərini əhatə edən ilk kampaniya çərçivəsində Bank of Baku-da aşağıda qeyd olunan əməliyyatlardan birini və ya bir neçəsini həyata keçirən xanım müştərilər Bankdan Bolkart Debet (Gənc və ya Ailə) və əlavə olaraq Azercell/Bakcell danışıq kartını HƏDİYYƏ qazanacaqlar:
- əmanət üzrə bütün əməliyyatlar
- kredit ödənişləri istisna olmaqla, kommunal və digər ödənişlər
- pul köçürmələri
- ödənişli kart sifarişləri
- hesablar üzrə əməliyyat
- yeni Bolkart kredit kartının rəsmiləşdirilməsi
- kreditin tam ödənilməsi
7-8 mart tarixlərində “Budur Gəlir 8 Mart, Baş Rolda Yenə Bolkart” şüarı altında icra olunacaq ikinci kampaniya isə bütün Bolkart kredit kart sahiblərini sevindirəcək.
Qeyd olunan tarixlərdə, Bolkart şəbəkəsinə daxil olan partnyor geyim, aksessuar və parfümeriya mağazalarında alış-veriş edən kart sahibləri 2 qat bonus qazanacaqlar. Üstəlik ödənişlərini 6 aya deyil, 8 aya etmək imkanı əldə edəcəklər.
Kampaniyalar haqqında daha ətraflı məlumatı Bankın Baş İdarə və filiallarına müraciət edərək və ya 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.