Worldcardla indi alin, 2 aya ödəyin | Banco.az

Worldcardla indi alin, 2 aya ödəyin

Worldcard müştərilərinin etdikləri alış-verişlərin ödəməsi 2 ay ertələnir

Yapı Kredi Bank Azərbaycan Worldcard müştəriləri üçün Sentyabr ayında əla fürsətli bir kampaniyaya start verir. Belə ki, 1-20 Sentyabr tarixlərində edilən alış-verişlərin ödəməsini 2 ay sonra, Noyabrda ödəmək mümkün olacaqdır.

Sentyabr ayı yeni dövrün başlanğıcı hesab edilir. İlin geriyə qalan 4 aylıq bir müddəti çalışanlar üçün iş həyatında, tələbələr üçün təhsil aldıqları müddətdə önəmlidir.  Məhz bu ayda növbəti müddətdə görülən işlər üçün planlar qurulur, uğur qazanmaq üçün yeni hədəflər müəyyənləşdirilir. Sentyabr ayını nə qədər həvəsli və uğurlu başlarsaq, növbəti ilin tətil günlərinə qədər planlarımızın həyata keçməsi üçün zəmin yaratmış olarıq. Elə məhz bu səbəbə görə də Yapı Kredi Bank Azərbaycan Worldcard müştərilərini sevindirməyə davam edir.

Ən sərfəli kredit üçün müraciət et

Nəzərinizə çatdırmaq istərdik ki, kampaniya 20 Sentyabr 2015 tarixinə qədər qüvvədədir vəWorld Üzv Ticarət Obyektlərində 30 manatdan çox alış-verişlər üçün keçərlidir.World Üzv Ticarət obyektləri haqqında məlumatı müvafiq linkdən əldə edə bilərsiniz: http://bit.ly/1rFNvJA

Bu kampaniyadan yararlanmaq istəyən, lakin Worldcard-ı olmayan müştərilər isə www.worldcard.com.azveb səhifəsindən online sifariş edib onlarca münasib fürsətlərdən yararlana bilərlər. Kart pulsuzdur.

Bu və digər kampaniyalar haqqında ətraflı məlumatı *0444 Yapı Kredi Telefon Mərkəzindən və www.worldcard.com.azinternet ünvanından əldə etmək mümkündür