WhatsApp-la Bolkart sifariş edin! | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

WhatsApp-la Bolkart sifariş edin!

Müştərilərin rahatlığını təmin etmək məqsədi ilə “Bank of Baku” Bolkart sifarişinin yeni üsulunu təqdim edir. Artıq kart sifarişini Bolkartın keçərli olduğu şəhərimizin iri ticarət mərkəzləri və mağazalarındakı “Bank of Baku” stendlərindən etmək mümkündür. Bu ticarət obyektlərində bankın xüsusi anketini əldə edib doldurmaq, sonra isə mobil telefonla anketin şəklini çəkib WhatsApp-la 055/050  447-00-55 nömrələrindən birinə göndərmək tələb olunur.

Banka daxil edilmiş ərizəçinin anketi ən qısa zamanda təhlil ediləcək və daha sonra müştəri Bolkart almaq üçün banka dəvət ediləcək.

Bu gün 180.000-dən çox Azərbaycan vətəndaşı Bolkart ilə alış-veriş edir, kartdan nağd pul çıxarır və Bolkart-ın digər imtiyazlarından faydalanır. Bolkart MasterCard sahibinə Azərbaycanda, xaricdə və internetdə alış-veriş imkanı verir.

 

Ətraflı məlumat: www.facebook.com/Bolkart