Yerli biznesə, bölgələrdə sahibkarlığın inkişafına dəstək, hər zaman Unibank-ın prioritetlərindən biri olaraq qalır. Ötən il bank tərəfindən təkcə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına ümumilikdə 4.7 mln. manat təşkil edən 130 kredit verilib. 2014-ci il ərzində isə Fondun vəsaitləri hesabına sahibkarlara 3.1 mln manatlıq 180 kredit ayrılıb. Bu il üçün təsdiqlənmiş plana əsasən, Unibank SKMF-nin xətti ilə kreditlərin verilməsinə başlayıb. Sahibkarlığa Kömək Milli Fondunun xəttilə ayrılan kreditlər çox sərfəli şərtlərlə - illik cəmi 6% -lə verilir. Kreditlər kiçik, orta və böyük həcmdə olmaqla, 5 min manatdan 10 milyon manatadəkdir.
Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül” , “Yasamal” filialları və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər. Məqsəd bankın ölkənin iqtisadi inkişafına dəstəyini bir qədər də gücləndirməkdir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.
Unibank- Biznesinizə daimi dəstək!
Unibank-hər kəsin bankı!