“Anthropic” şirkəti yeni süni intellekt modellərinə girişi dayandırıb | Banco.az

“Anthropic” şirkəti yeni süni intellekt modellərinə girişi dayandırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Anthropic” şirkəti yeni süni intellekt modellərinə girişi dayandırıb.

Banco.az xəbər verir ki, “Anthropic”in rəsmi internet səhifəsində yayımlanan açıqlamada bildirilib ki, ABŞ federal hökuməti ixrac nəzarəti təlimatı çərçivəsində şirkət əməkdaşları da daxil olmaqla ölkə daxilində və xaricində olan bütün xarici vətəndaşların sözügedən süni intellekt modellərinə çıxışının dayandırılmasını tələb edib.

Açıqlamada qeyd olunub ki, bu təlimata uyğun olaraq “Fable 5” və “Mythos 5” modellərinə giriş bütün istifadəçilər üçün dərhal dayandırılıb.

ABŞ rəsmilərinin qərara əsas verən milli təhlükəsizlik təhdidi ilə bağlı hər hansı təfərrüat açıqlamadığı vurğulanan məlumatda, hökumətin “Fable 5” modelinin təhlükəsizlik mexanizmlərini aşmağa imkan verən bir üsulun müəyyən edildiyinə inandığı bildirilib.

ABŞ-nin “CNBC” televiziya kanalına danışan hökumət nümayəndəsi isə qeyd edib ki, sözügedən təlimat Ticarət naziri Hovard Latnik tərəfindən göndərilib və sənəd Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosunun mütəxəssislərinin iştirakı ilə hazırlanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram