Unibank Mobile-ı mobil telefonunza yükləyəndən sonra, son 1 ildə həyatınızda bu dəyişikliklər oldu:
- Daha kredit ödənişləri, kart sifarişləri üçün banka getmirsiniz;
- Kommunal ödənişlər üçün işdən qaranəfəs çıxıb ödəmə terminalı axtarmırsınız;
- Bayram günləri rayondakı qohumunuza pul göndərmək üçün avtovağzalda tanış sürücü axtarmırsınız;
- Telefonda konturunuz bitəndə kontur almaq üçün köşk axtarışına çıxmırsınız;
- Növbələrdə saatlarla vaxt itirmirsiniz;
- İnternetiniz, işığınız, qazınızkəsilmir;
- Hər ay rutin işlərə, növbələrə sərf etdiyiniz dəyərli vaxtınızı daha vacib işlərə sərf edirsiniz.
50-dən artıq xidmət və məhsulları ilə həyatımızı asanlaşdıran Unibank Mobile-ın 1 yaşı oldu. Deloitte & Touche LLC şirkəti tərəfindən MDB-nin ən mükəmməl mobil əlavələrindən biri seçilən Unibank Mobile, bu gün öz müştərilərinə banka gəlmədən, bank xidmətlərinin 90%-dən istifadə imkanı verir.
Ötən 1 il ərzində Unibank Mobile hansı inkişaf yolu keçdi?
- Banka gəlmədən, istənilən vaxt və istənilən yerdə bank xidmətlərindən istifadə mümkün oldu.
- 2016-cı ilin nəticələrinə görə,Deloitte & Touche LLC şirkəti tərəfindən MDB –də ən yaxşı mobil əlavələrdən biri,Azərbaycan bank sistemində ən qabaqcıl mobil banking xidməti seçildi.
- Mobil əlavə ilə bank əməliyyatlarının çoxu komissiyasız oldu.
- Mobil əlavənin planşet versiyası yaradıldı.
- Ailə üzvlərinin və dostlarının kreditini ödəmək funksiyası əlavə edildi.
- Onlarla müştəri Unibank Mobile-dan istifadəyə görə keçirilən lotereya çərçivəsində qiymətli hədiyyələr qazandılar.
- Müştəriyə banka gəlmədən, öz smartfonundan kredit və kart sifarişi imkanı yaradıldı.
- Azərbaycan mobil bankçılığında ilk dəfə müştəriyə menyu bəndlərini əsas ekranda öz istəyinə görə tənzimləmək imkanı verildi.
- Mobil bankçılıqda ilk dəfə olaraq bank hesabını bilmədən, yalnız telefon nömrəsinə əsasən “Dosta köçürmə” xidməti istifadəyə verildi.
- İpoteka və DYP cərimələrinini ödəmək üçün “Hökumət ödənişləri” bölümü yaradıldı.
- Fərdi sahibkarların işini xeyli asanlaşdıran və 24/7 bank xidmətlərinə çıxış imkanı verən Unibank Mobile BUSİNESS əlavəsi istifadəyə verildi.
Yaxın aylarda Unibank Mobile-ın bir sıra yeni xidmətləri də müştərilərin istifadəsinə təqdim ediləcək.
Unibank Mobile xidmətinə 3 cür qoşulma mümkündür:
- Bank kartınızın son 8 rəqəmi və mobil nömrənizi daxil etməklə;
- Bankın filiallarında qeydiyyatdan keçməklə;
- ASAN İmza ilə qeydiyatdan keçməklə
Unibank Mobile İOS və Android platformalarında işləyir. Öz planşetinizə və smartfonunuza Unibankın mobil bank xidmətini bu linkindənhttp://onelink.to/ffdbwf yükləyə bilərsiniz.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank Mobile –Bankdan daha yaxın!
Unibank-hər kəsin bankı!