Səyahətə çıxanlara SmartCard + 1500 AZN kredit xətti hədiyyə!
Bank Standard 2 dekabr – 30 yanvar tarixləri ərzində səyahətə çıxanlara 1500 AZN-ə qədər limiti olan SmartCard Gold kredit kartlarını hədiyyə edir! SmartCard kredit kartını pulsuz əldə etmək üçün qeyd olunan tarix müddətində qüvvədə olan elektron uçuş biletinizi və otel rezervasiyasını təsdiqləyən sənədi bankın istənilən filialına təqdim etməyiniz kifayətdir.
Aksiya çərçivəsində uçuş bileti və otel rezervasiyasını təsdiqləyən sənədlə bərabər iş yerindən arayış təqdim edənlər isə 5.000 AZN-ə qədər limiti olan SmartCard Gold kredit kartını pulsuz əldə edə biləcəklər!
Ətraflı məlumatı 158 nömrəsinə zəng edərək əldə etmək olar.