Rabitəbank ASC Əmanətlərin Sığortalanması Fondu tərəfindən “"Bank of Azerbaijan" - nın əmanət müştərilərinin kompensasiyalarının ödənilməsi üzrə agent bank kimi seçilmişdir.
Belə ki, “Bank of Azerbaijan” – nın Naxçıvan MR – da yerləşən filialının əmanət müştəriləri sığortalanmış əmanətləri üzrə kompensasiyalarının ödənişləri Rabitəbank ASC –nin Naxçıvan şöbəsi tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, Fəaliyyət göstərdiyi 22 il ərzində Rabitəbank ASC ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 22 filialdan və 1 şöbədən ibarət xidmət şəbəkəsini yaradıb.
2015- ci ilin sonunda Rabitəbank ASC-nin depozitləri 31% artaraq 322 milyon AZN, məcmu kapitalı 17%-dək artaraq 67 milyon AZN və aktivləri 25%-dək artaraq 451 milyon AZN təşkil edib. Bu göstəricilərlə yanaşı, Bank 2015- ci ili 2,32 milyon AZN mənfəətlə yekunlaşdırıb. Cari il ərzində bank qoyduğu hədəflərə daha inamla addımlamağı və bazarda tutduğu mövqeyi bir qədər də gücləndirməyi nəzərdə tutur.