Bir sıra üstünlükləri olan Expresso kart həm də təmassız ödəniş texnologiyasını dəstəkləyir. Təmassız ödəniş – plastik kartı POS-terminala daxil etmədən, məsafədən ödənişin aparılması texnologiyasını əks etdirir. Təmassız kartlar vasitəsi ilə 20 AZN-dək xırda ödənişlərin aparılması zamanı PİN-kod yığmadan, terminala yaxınlaşdırmaqlaaparmaq mümkündür. Bu həm nağdsız ödənişlərindaha rahat şəkildə aparılmasına imkan yaradır, həm də müştərilərin vaxtına çox qənaət edir. Böyük məbləğdə ödənişlərin həyata keçirilməsi üçün PİN-kodun daxil olunması, yəni standart avtrorizasiya tələb edilir.
Bundan əlavə Expresso güzəşt müddətli kredit, yığım imkanı, “cash back”, əlavə qazanc, sərbəst dizayn seçimi kimi maksimum imkanları özündə birləşdirən unikal kartdır. Üstəlik kartın hesabını istənilən vaxt Şəxsi kabinet və ya ExpressPay ödəniş terminalları vasitəsi ilə artırmaq mümkündür. SMS-Banking xidməti isə tam pulsuzdur.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.