NBC Bank “Zolotaya Korona” Pul köçürmələri sistemi üzrə “Danışıq dəqiqələri” hədiyyə kampaniyasının növbəti mərhələsinə start verdi. Belə ki, bu pul köçürmə xidmətindən yararlanacaq müştərilərə (Azərbaycan Respublikası üzrə ölkədaxili və ölkəxarici köçürmələri əhatə etməklə, köçürmə və ödənişlərə şamil olunur) istifadə etdikləri mobil operatorlardan asılı olmayaraq balanslarına (köçürmə məbləğindən asılı olaraq) bir, üç, beş və on manatlıq danışıq dəqiqələri HƏDİYYƏ olaraq yüklənəcəkdir.
Azərbaycanın bank sektorunun ilk banklarından olan “NBCBank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisindəki 11 filialı və 1 şöbəsi kredit, depozit, hüquqi şəxslərə xidmət, plastik kartlar və digər bank məhsulları üzrə keyfiyyətli xidmət göstərməkdədir.