Müəllif: Gülnar Əhmədli, Banco.az
Dünya bazarlarında neft qiymətləri azalıb. Yaxın Şərqdə sülh ümidlərinin artması qlobal bazarlarda dalğalanmanı gücləndirib.
Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla danışıqların bazar ertəsi keçiriləcəyini açıqladıqdan sonra Brent neftinin fyuçers qiyməti 6%-dən çox ucuzlaşaraq bir barel üçün 82,41 dollara geriləyib.
Qeyd edək ki, Tramp daha əvvəl Hörmüz boğazının yenidən açılmasına və Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həllinə imkan verəcək razılaşma əldə etmək məqsədilə İrana planlaşdırılan hücumu təxirə saldığını bildirmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
