Mərkəzi Bankın not yerləşdirməsinin nəticəsi açıqlandı | Banco.az

Mərkəzi Bankın not yerləşdirməsinin nəticəsi açıqlandı

3 may 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100856S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi - 25 000 000 manat, bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 3 investor tərəfindən 4 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 52,602,700.00 AZN təşkil etmişdir.

Sifarişlər 98.8620 AZN (14.7998%) və 98.8800 AZN (14.5631%)qiymətində təqdim edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.8620 AZN (14.7998%), orta ölçülmüş qiyməti – 98.8628 AZN (14.7893%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 03.05.2017 (t+0) tarixində həyata keçirilmişdir

Notların nominal üzrə reallaşdırılmış həcmi 25,000,000.00 AZNmanat məbləğində müəyyən edilmişdir.

Notların ödəmə tarixi 31.05.2017-ci ildir.