Kapital Bank “Standard & Poor's”-dən yüksək reytinq aldı! | Banco.az

Kapital Bank “Standard & Poor's”-dən yüksək reytinq aldı!

“Standard and Poor’s” Beynəlxalq Reytinq Agentliyi  Azərbaycanın aparıcı banklarından biri olan Kapital Bankın uzunmüddətli və qısamüddətli kredit reytinqini “BB-/B” səviyyəsində müəyyən edib, reytinqin dəyişməsi proqnozunu isə “sabit” kimi qiymətləndirib.

“Kapital Bankın reytinqləri Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının “bb-” reytinqinin baza səviyyəsi ilə müəyyən olunur və bunun əsasında emitentə kredit reytinqi verilir. Bununla “Standard and Poor’s” Kapital Bankın biznes mövqeyini adekvat kimi qiymətləndirir. 30 iyun 2015-ci il tarixinə 1.7 mlrd. manat aktivlə Azərbaycanın ikinci ən böyük bankı olan Kapital Bank korporativ və pərakəndə seqmentdə güclü mövqe tutur. Bank çoxşaxəli xidmətlər göstərməklə öz biznesini diversifikasiya edib və bazar mövqeyini möhkəmləndirib” deyə, agentliyin  hesabatında bildirilir.

Hesabatda vurğulanıb ki, Kapital Bankın kifayət qədər kapital ehtiyatına malik olması, Azərbaycanda mürəkkəb əməliyyat mühiti şəraitində belə zərərləri   “udmaq”  üçün qabiliyyətini əks etdirir.

“Kapital Bankın Azərbaycanın bank sistemi üçün mühüm əhəmiyyəti var. Anladığımız qədər hökümət də ölkənin bank sektoruna dəstək verməyə hazırdır və biz bunu müsbət amil kimi dəyərləndiririk. Biz Kapital Bankın kapitallaşma və mənfəətlilik göstəricilərini “adekvat” qiymətləndiririk”, deyə hesabatda vurğulanır.

Bildirilir ki, 2014-cü ildə səhmdarların Kapital Banka 70 mln. manat yerləşdirməsi nəticəsində Bankın kapital ehtiyatı əhəmiyyətli dərəcədə güclənmiş, sonradan əlavə qazanılan 36 mln. manat bölüşdürülməmiş mənfəət hesabına isə nizamnamə kapitalı daha da artırılmışdır. Beləliklə, 31 dekabr 2014-cü il tarixinə bankın kapital yetərliliyi əmsalı risklər nəzərə alınaraq, diversifikasiyaya edilən dəyişiklikdən əvvəl 10.4%-ə bərabər olub ki, bu göstərici qənaətbəxş kimi qiymətləndirilir.

Ən sərfəli kredit üçün müraciət et

Kapital Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin sözlərinə görə, regionda makroiqtisadi risklərin artmasının müşahidə olunduğu dövrdə Kapital Bankın yüksək reytinqə layiq görülməsi Bankın etibarlığını nümayiş etdirir. “Bankın likvidlik səviyyəsinin yüksək qiymətləndirilməsi müştərilərimizin bizə olan inamını, həmçinin müştərilərimiz qarşısında öhdəliklərimizi uğurla yerinə yetirdiyimizi təcəssüm etdirir. Ölkənin sistem formalaşdıran banklarından biri kimi biz davamlı inkişaf tempimizi qorumağı və səmərəliliyimizi artırmağı əsas hədəflərimizdən hesab edirik”.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Sorğu Mərkəzinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.