Kapital Bank sənədli səhmlərinin formasını dəyişir | Banco.az

Kapital Bank sənədli səhmlərinin formasını dəyişir

“Kapital Bank” ASC-nin Səhmdarlarının növbədənkənar  ümumi  yığıncağı keçirilmişdir.

16 sentyabr 2015-ci il tarixdə Bankın baş ofisində keçirilən ümumi yığıncağın gündəliyində duran əsas məsələ “Kapital Bank” ASC-nin sənədli səhmlərinin formasının dəyişdirilməsi idi.

Məlum olduğu kimi,  14 iyul 2015-ci il tarixdə “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Həmin  Qanunun 23.1-ci maddəsinə əsasən, investisiya qiymətli kağızları sənədsiz formada buraxılmalı, ötürülməli və mərkəzi depozitarda saxlanılmalıdır. Qanunun 91.1-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi tarixədək buraxılmış sənədli investisiya qiymətli kağızları ilə əqdlər, yalnız həmin investisiya qiymətli kağızlarının sənədsizləşdirilməsindən sonra bağlanıla bilər. Bununla əlaqədar olaraq qərara alındı ki,  Qanunun 23.1-ci maddəsinə əsasən “Kapital Bank” ASC-nin sənədli səhmlərinin sənədsiz səhmlər qiymətli kağız formasına keçirilməsi müvafiq qaydada təmin edilsin.

Ən sərfəli kredit üçün müraciət et

Bu baxımdan, “Kapital Bank” ASC-nin sənədli səhmlərinin sənədsiz səhmlər qiymətli kağız formasına keçirilməsi ilə əlaqədar  “Kapital Bank” ASC-nin  Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi qərara alındı.

Bundan əlavə, “Kapital Bank” ASC-nin  Müşahidə  Şurasının  Əsasnaməsinə müvafiq  əlavə və  dəyişikliklər edildi.