1 avqust 2013-cü il tarixinə Kapital Bankın aktivləri 1065.9 milyon manat, kredit portfeli 761.6 milyon manat, aktivlərdə kredit portfelinin həcmi 71,4 faiz təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın kredit portfelində müşahidə edilən azalma iri həcmli layihələr üzrə verilmiş kreditlərin ödənilməsi ilə bağlıdır.
1 avqust 2013-cü il tarixinə Kapital Bankın cəlb edilmiş vəsaitlərinin məbləği 521.9 milyon manat, o cümlədən əhalinin əmanətləri 108.4 milyon manat, bankın ümumi gəlirləri 70.4 milyon manat, o cümlədən faiz gəlirləri 42.8 milyon manat, qeyri-faiz gəlirləri 27.6 milyon manat təşkil edib.
İlin əvvəlindən Kapital Bankın əldə etdiyi mənfəət 15.3 milyon manata çatıb. Hesabat dövründə Bankın aktiv ödəniş kartlarının sayı 2 231 101, bankomatlarının sayı 478, POS terminallarının sayı isə 534 olub.