Azərbaycan Mərkəzi Bankı "Eliko"nun vəzifəli şəxsini cərimələyib | Banco.az

Azərbaycan Mərkəzi Bankı "Eliko"nun vəzifəli şəxsini cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarının iştirakçısı olan "Eliko" MMC-nin vəzifəli şəxsini cərimələyib.

Bu barədə AMB xəbər verir.

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən "Eliko"nun vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə 1 000 manat cərimə edilib.