Azərbaycanın təbii qaz ixracından gəliri azalıb | Banco.az

Azərbaycanın təbii qaz ixracından gəliri azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında ölkədən 14 milyard 427 milyon 714 min kubmetr təbii qaz ixrac edilib.

Banco.az xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri isə 4 milyard 882 milyon 440 min ABŞ dolları olub.

Hesabat dövründə qaz ixracı illik müqayisədə miqdar ifadəsində 0,13% artıb, dəyər baxımından isə 7,3% azalıb. 

Qeyd edək ki, 2026-cı ilin ilk 7 ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 25,3% olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram