İpoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə BFB-də növbəti hərrac keçirilmişdir | Banco.az

İpoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə BFB-də növbəti hərrac keçirilmişdir

4 may 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu ASC-nin faizli adlı sənədsiz ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilmişdir. Hərraca çıxarılan istiqrazların (ISIN nömrəsi AZ2015008686) nominal qiymətlə həcmi 10 000 000 manat təşkil etmişdir.

Hərrac zamanı sifarişlərin qəbulu Bakı Fond Birjasının ticarət reqlamentinə əsasən saat 11:00-dan 12:30-dək həyata keçirilmişdir.

İsiqrazların buraxılış şərtlərinə əsasən hərrac qiyməti 1,002.33 AZN təyin edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

İsiqrazlar üzrə toplanmış tələbin həcmi nominal qiymətlə 10,040,000 AZN təşkil etmişdir. Hərraca çıxarılmış istiqrazlar tam həcmdə yerləşdirilmişdir.

Yerləşdirmənin anderrayteri qismində birja üzvü Paşa Kapital İŞ QSC çıxış edir.

İstiqrazların ödəmə tarixi 18 dekabr  2037-cı ildir.

Ən sərfəli krediti almaq üçün müraciət et