“Expressbank”-ın rəhbərliyində yeni təyinatlar | Banco.az

“Expressbank”-ın rəhbərliyində yeni təyinatlar

“Expressbank” ASC-nin rəhbərliyində yeni təyinatlar aparılmışdır. İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraçısı, İdarə Heyəti sədrinin müavini İlham Həbibullayev təyin edilmişdir. İdarə Heyətinin sədri Emin Məmmədov isə Bankın Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilmişdir.  

İlham Həbibullayev 1995-ci ildən bank sistemində işləyir, 2010-cu ildən isə Expressbank-da İdarə Heyəti Sədrinin müavini vəzifəsindədir. 

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Ən sərfəli kredit üçün müraciət et

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.