Expressbank-ın aktivləri 1 yanvar 2016-cı il tarixinə 321,8mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 39,3 mln. manat və ya 16,6% % artaraq 275,2 mln. manat olub.
Bankda müştəri depozitlərinin həcmi 1 yanvar 2016-cı il tarixinə 123,7mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 79,6 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 27,2% çoxdur.
Bankın 1 yanvar 2016-cı il tarixinə məcmu kapitalı isə 138,7mln. manat təşkil edib.
Expressbank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 400-dək ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.