Beynəlxalq Bankın korporativ müştəriləri üçün yeni imkan | Banco.az

Beynəlxalq Bankın korporativ müştəriləri üçün yeni imkan

"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) korporativ müştəriləri üçün daha bir imkan yaradıb. 

Bankdan verilən məlumata görə, korporativ müştərilər üçün İnternetBank sisteminin əməliyyat imkanları genişləndirilib və sistemə əmək haqqı faylının yüklənməsi funksiyası əlavə olunub. 

Bu yeniliyin yaratdığı imkanlardan faydalanmaqla, korporativ müştərilər əmək haqlarının fərdi kart hesablarına köçürülməsini indi daha rahat və operativ şəkildə yerinə yetirə bilərlər. Yeni funksiya əməkdaşların əmək haqları, eləcə də digər sosial xarakterli ödənişlərlə bağlı bankla məlumat mübadiləsinin optimallaşdırılmasına, bu prosedurun sürətləndirilməsinə imkan verir. ABB-nin həm fərdi, həm də korporativ müştərilər üçün yaratdığı İnternetBank xidməti hüquqi şəxs və sahibkar fiziki şəxs olan müştərilərə cari, əmanət, kredit hesablarını məsafədən idarə etmək və internet üzərindən müxtəlif bank əməliyyatları aparmaq imkanı verir.

Ən sərfəli kredit üçün müraciət et

36 filiala və 40 şöbəyə malik olan ABB-nin məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et