Bank VTB (Azərbaycan) ölkə daxilində pul köçürmələrinə başladı | Banco.az

Bank VTB (Azərbaycan) ölkə daxilində pul köçürmələrinə başladı

Bank VTB (Azərbaycan) “Monex” pulköçürmə sisteminə qoşulub və bunun sayəsində bankın müştəriləri həm ölkədaxili, həm xaricə pul köçürə biləcək. “Monex” sistemi istənilən məsafədə qısa müddət ərzində pul vəsaiti köçürməyə imkan verir və bu sistem vasitəsi ilə dünyada 30000-dən çox məntəqəsinə pul göndərib və almaq olar. Pul köçürmələri manat, dollar və avro ilə həyata keçirilir.

“Monex” sistemi vasitəsi ilə Azərbaycan daxilində köçürmələr ünvansız həyata keçirilir və müştəri pul vəsaitini istənilən regionda əldə edə bilər. Məbləğdən asılı olaraq ölkə daxilində köçürmə 2 manatdan 30 manatadək (dollar və ya avro),xarici ölkəyə köçürmə isə ümumi məbləğin 1,5%-ni təşkil edir.  

Ən sərfəli kredit üçün müraciət et

“Bizim üçün ən əsası hər bir müştərimizi keyfiyyətli bank xidməti ilə təmin etməkdir. Biz daim məhsul və xidmətlərimizi inkişaf etdiririk. “Monex” pulköçürmə sisteminin tətbiqi bu istiqamətdə atılan növbəti addımdır. Yeni sisteminin əsas əlverişli cəhəti odur ki, bu sistem müştərilərimizə Azərbaycan daxilində də köçürmələr etməyə imkan verir” – deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri YuriYakovlev bildirib.