Devalvasiyadan sonra ölkəmizin bir sıra maliyyə təsisatlarına verilən reytinqlərdə dəyişiklik olsa da Bank of Baku növbəti qiymətləndirmə zamanı da öz reytinqini qoruyub saxlaya bilmişdir. Bankın Moody’s beynəlxalq reytinq agentliyi tərəfindən ən son dərc edilmiş reytinqi B1 səviyyəsində təyin edilmişdir. Reytinqin saxlanılmasına əsas səbəblər yüksək xalis faiz gəlirliliyi (ehtiyatlardan əvvəl), yüksək likvidlik, xərclərə nəzarət mexanizmlərinin mövcudluğu, problemli kreditlərin qarşılığında yaradılmış adekvat ehtiyatlar və güclü kapitalın olmasıdır.
Belə ki, 2015-ci ilin ilk 6 ayının maliyyə hesabatlarına əsasən Bankın əsas maliyyə göstəriciləri aşağıdakı kimi olmuşdur:
Göstərici |
Mərkəzi Bankın tələbi |
|
Məcmu kapitalın adekvatlığı əmsalı |
17.29 % |
12.00 % |
Məcmu kapital |
107 460 570 AZN |
50 000 000 AZN |
Ayrılmış ehtiyatların problemli kreditlərə nisbəti |
132.7 % |
- |
Eyni zamanda, cari ilin əvvəlində manatın devalvasiyası və neftin qiymətinin kəskin düşməsi ilə bağlı valyutada kredit götürən müştərilərin ödəniş qabiliyyətində pisləşmə ehtimalını, bunun aktivlərin keyfiyyətinə və Bankın gələcəkdəki gəlirliliyinə təsirini nəzərə alaraq reytinq agentliyi Bankın reytinq proqnozunu stabildən neqativə çevirib. Nəticədə son dərc olunmuş hesabata əsasən Bankın reytinqi B1 neqativ olaraq təsdiq olunmuşdur.